Modern.az

AMEA-da mənzil qalmaqalı bitməyib - Növbəti AÇIQLAMA  

AMEA-da mənzil qalmaqalı bitməyib - Növbəti AÇIQLAMA   

7 İyul 2017, 14:22

AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyev AMEA-da yaranmış mənzil problemi ilə əlaqədar Modern.az-a açıqlama verib.

Bildirib ki, AMEA ilə “Evrostroy-S” MMC arasında 14 noyabr 2012-ci il tarixində bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi-12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan AMEA-nın həmin yataqxanada yaşayan elmi işçilərinin köçürülməsi üçün mənzillər ayrılıb.


“Məlumat üçün bildirirəm ki, həmin yataqxana sakinlərindən 30-a yaxın vətəndaş 5 iyul 2017-ci il tarixdə qəbul edilmələri üçün AMEA-nın inzibati binasının qarşısına toplanmışdılar. Onların hər biri  fərdi qaydada AMEA-nın rəhbərliyi tərəfindən qəbul edilmiş, diqqətlə dinlənilmiş, qaldırdıqları məsələlər və şikayətləri barədə onlara ətraflı izahatlar verilmişdir. Qəbula gələn həmin vətəndaşlar əsasən AMEA-da işləməyən 36 ailənin və problemi olan 17 AMEA əməkdaşının ailə üzvləridir. Mənzil məsələsinin kollektiv qaydada araşdırılması və ümumi qaydada həllinin mümkün olmadığı bir daha onların diqqətinə çatdırılmış və ərizə ilə fərdi qaydada mənzil komissiyasına müraciət etmələri məsləhət bilinmişdir.

Bir daha bildiririk ki, müraciətlərin hər biri diqqətlə araşdırılacaq və müraciət edənlərə müvafiq cavab veriləcəkdir”.


Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı