Modern.az

Azərbaycanlı tələbələrin Gürcüstanda etiraz aksiyası - FOTOLAR

Azərbaycanlı tələbələrin Gürcüstanda etiraz aksiyası - FOTOLAR

Aktual

7 İyul 2017, 14:30

Gürcüstanın ali təhsil ocaqlarında oxuyan bir qrup tələbə və fəal gənclər Ermənsitan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərində törətdiyi təxribatlar, xüsusilə də Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində dinc insanların - qadın və uşağın öldürülməsinə etiraz olaraq aksiya keçiriblər.

 

Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, azərbaycanlı tələbə-gənclər metronun Marcanaşvili stansiyasının qarşısından Ermənistanın Tbilisidəki səfirliyinə qədər yürüş ediblər. Onlar "Qafqazda sülh olsun!", "Ermənistan, işğalçılıq siyasətinə son qoy!", "Azərbaycanın və Gürcüstanın torpaqları azad edilsin!", "Reginda sülh, dünyada sülh!" şüarları səsləndiriblər. Azərbaycanlı tələbələrin hazırladıqığı etiraz bəyanatı Ermənistan səfirliyinə təqdim olunub.

 

Sonra aksiya ATƏT-in Tbilisidəki regional ofisinin qarşısında davam edib. Gənclər, numayəndəliyə də etiraz bəyanatı təqdim ediblər.

 

Aksiyada iştirak edən Lali Natidze bildirib ki, gürcü ictimaiyyəti də bu cür vəhşiliklərə biganə qala bilmir: "Ona gorə də gürcülər də bu aksiyaya qoşulub və azərbaycanlıların haqq səsini müdafiə edirlər".

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı