Modern.az

ATƏT PA Azərbaycanın təklifini qəbul etdi  

ATƏT PA Azərbaycanın təklifini qəbul etdi   

7 İyul 2017, 14:41

Ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədləri toxunulmazdır”

 

Ermənilərin isə “xalqların öz müqəddaratını təyin etmə  təklifi”  rədd edildi

 

ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin Minskdə keçirilən bugünkü iclasında “ATƏT regionunda Sülh və Rifah naminəQarşılıqlı İnam və Əməkdaşlığın genişləndirilməsinə dair” qətnaməlayihəsi müzakirə edilib.


Modern.az-ın məlumatına görə, toplantıda Ermənistan və Azərbaycan nümayəndə heyətləri qətnamə layihəsinə əlavələrin olunması ilə bağlı təkliflərlə çıxış edib.


Erməni deputatların xalqların öz müqəddəratını təyin etmə prinsipinin qətnaməyə əlavə edilməsi təklifi PA tərəfindən rədd edilib.


ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin iki mühüm təklifi (//www.youtube.com/watch?v=D5TSIZqcYsI&feature=youtu.be) Assambleya tərəfindən səs çoxluğu ilə qəbul edilib. Azay Quliyevin təklifi ilə qətnamənin 8-ci bəndinə edilən dəyişikliyə əsasən  “ATƏT ərazisində münaqişələrin həll edilməsi prinsipləri qeyd edilir və problemin həllinin yalnız münaqişələrə cəlb olunmuş ölkələrin ərazi bütövlüyü, beynəlxalq birlik tərəfindən tanınan sərhədləri və suverenliyi çərçivəsində həlli tələb edilir".

Azay Quliyev tərəfindən qətnamənin 14-cü maddəsinə edilən digər bir dəyişikliyə görə, “ATƏT regionundakı məcburi köçkün və qaçqınların  doğma torpaqlarına könüllü, təhlükəsiz, ləyaqətlə və maneəsiz şəkildə qayıtması qeyd olunur və mülkiyyət hüququndan məhrum edilmiş insanların humanitar vəziyyəti ilə bağlı narahatlığı ifadə edilir”.

Bundan sonra Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbərinin müavini Tahir Mirkişili çıxış edərək bu düzəlişin beynəlxalq qanunlara zidd olduğunu və münaqişə zonalarında qanunsuz fəaliyyətə qanuni don geyindirmək məqsədi daşıdığını bildirib.

 

Komitənin iclası öz işini bu gün də davam etdirir.

 

Modern.az

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır