Modern.az

Gürcüstan saytları Zəhranın qətlindən yazdı - FOTO

Gürcüstan saytları Zəhranın qətlindən yazdı - FOTO

7 İyul 2017, 15:30

Gürcüstanın newpress.ge və nsp.ge saytları Ermənistan ordusunun iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribat və qanlı cinayətlərlə əlaqədar xəbərlər yayıb.

 

Bu barədə Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib.

 

“Borçalı irəli” İctimai Birliyi tərəfindən həmin saytların redaksiyasına göndərilən materiallarda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olması bildirilir. Qeyd olunur ki, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

Materiallarda Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyi əksini tapıb. Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?