Modern.az

ADU-nun tələbələri Koreya səfirliyi tərəfindən mükafatlandırılıb

ADU-nun tələbələri Koreya səfirliyi tərəfindən mükafatlandırılıb

Aktual

7 İyul 2017, 16:54

İyulun 7-də Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin Koreya dili ixtisası üzrə təhsil alan və 2016-2017 tədris ilini uğurlu nəticə ilə başa vuran tələbələri mükafatlandırılıb.

 

Modern.az xəbər verir ki, Koreya dili ixtisası üzrə təhsil alan I kurs tələbələri arasında 12 tələbədən 7-si  tədris ilini müvəffəqiyyətlə başa vurub. ADU tərəfdən təqaüd alan 4 tələbəni çıxmaqla digər tələbələr-SevincQuliyeva, ElmirQurbanov vəFəridəƏlixanlı Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən pul mükafatı ilə qiymətləndirilib.

 

Tələbələrin mükafatlandırılması mərasimində Koreya dili kafedrasının müəllimləri yaxından iştirak edib. Mərasimin məqsədi tələbələrin Koreya dilinə olan marağını artırmaq və onlara gələcək fəaliyyətlərində yardımçı olmaqdır. 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!