Modern.az

Sabirabadda yol tikintisinə 14,4 milyon manat ayrıldı

Sabirabadda yol tikintisinə 14,4 milyon manat ayrıldı

7 İyul 2017, 18:10

Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunun Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqaraağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncamda deyilir ki, 41 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqaraağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan Gəncəli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycanın 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 14,4 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

 

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub