Modern.az

"ABŞ hər zaman Azərbaycanın yanında olub" - Robert Sekuta

"ABŞ hər zaman Azərbaycanın yanında olub" - Robert Sekuta

Aktual

7 İyul 2017, 20:27

ABŞ-ın Müstəqillik Günü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib.  Modern.az xəbər verir ki, qəbulda çıxış edən səfir Robert Sekuta ölkəsinin  müstəqilliyin 241 ilinin tamam olduğunu vurğulayıb: "Bu tarix həm də ABŞ-la Azərbaycanın diplomatik münasibətlərinin 25 illiyinə təsadüf edir. Müstəqilliyinin ilk günlərindən ABŞ hər zaman Azərbaycanın yanında olub. Biz müstəqil, sabit inkişaf edən və demokratik Azərbaycanı hər zaman dəstəkləyəcəyik. Azərbaycanda ilk müstəqillik 1918-ci ildə elan olunub.  Bu dövlət qadınlara səsvermə hüququ verən ilk Respublika olub. Bu ABŞ-dan daha əvvəl olub və Azərbaycan haqlı olaraq bununla fəxr edir".

Səfir bildirib ki, ABŞ həm ikitərəfli formatda həm də Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə sadiqdir: "Bu yaxınlarda baş verən dəhşətli hadisə göstərdi ki, münaqişənin həlli üçün dinc, danışıqlar yolu ilə irəliləmək vacibdir. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Münaqişə tərəfləri bir araya gələrək münaqişənin danışıqlar və sülh yolu ilə nizamlanmasına nail olmalıdır. İstər ayrı-ayrı verilən bəyanatlarda, istərsə də ABŞ prezidentinin Azərbaycan prezidentinə məktubunda göstərilir ki, münaqişənin hərbi yolla həlli yoxdur və yalnız dinc danışıqlar yolu ilə həll olunmalıdır. Minsk qrupu həmsədrləri tərəfləri bir araya gətirib münaqişənin dinc yolla həllinə nail olmaq işinə sadiqdir. Lakin dinc yolla nizamlamaya nail olmaq məsələsi, ilk növbədə, tərəflərin özündən asılıdır".

 

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı