Modern.az

Ermənistan altı ayda 36 hərbçisini itirib

Ermənistan altı ayda 36 hərbçisini itirib

Aktual

8 İyul 2017, 00:58

Bu ilin I yarısında Ermənistan Silahlı Qüvvələri 36 hərbçisini itirib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assamlbleyasının Vanadzor ofisi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, 2017-ci ilin yanvar-iyun aylarında Ermənistan Silahlı Qüvvələrinin 23 müddətli və 13 müddətsiz hərbçisi ölüb. Onların 12-si Ermənistanda, 24-ü isə Azərbaycanın işğal altında olan torpaqlarında ölüblər.

Məlumata görə, 6 ölüm hadisəsi bədbəxt hadisə (yol qəzası, zəhərlənmə), 6-sı intihar, 4-ü isə səhhətində yaranan problem nəticəsində baş verib. 16 erməni hərbçisi isə Ermənistanın atəşkəs rejimini pozması zamanı zərərsizləşdirilib.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!