Modern.az

Ərdoğan Putinlə görüşdü  

Ərdoğan Putinlə görüşdü   

Aktual

8 İyul 2017, 13:14

Almaniyanın Hamburq şəhərində keçirilən G20 ölkələrinin sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüşdə Türk nümayəndə heyətində baş nazirin müavini Mehmet Şimşək, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii qaynaqlar naziri Berat Albayrak, MİT müstəşarı Hakan Fidan və Prezident sözçüsü İbrahim Kalın iştirak edib.

Mətbuata qapalı keçirilən görüş bir saat davam edib. 

Görüşdən sonra Ərdoğan mətbuata açıqlama verib. O deyib ki, Putinlə Rusiya-Türkiyə münasibətləri inkişafı nəticəsində regionda əldə edilən müsbət nəticələrdən söhbət ediblər.

Ərdoğan iqtisadi münasibətlərin yaxşılaşdırılmasının turizm sənayesində inkişafa səbəb olacağına inandığını vurğulayıb.


“Türkiyə-Rusiya əlaqələrinin inkişafı artıq bölgədə müsbət nəticələrini verib. Həm iqtisadi, həm də turizm və müdafiə sənayesi sahəsində irəliləyişlər ikitərəfli əlaqələri daha da gücləndirəcək. Hər şeydən əvvəl isə Suriya və İraq məsələsi ilə bağlı əlaqələrimizdən gözləntilər yüksəkdir.
Mən söhbətimizə bu baxımdan çox böyük əhəmiyyət verirəm”.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı