Arxiv
8 İyul 2017, 13:51 | AKTUAL
“Tarixin qan yaddaşı” - Erməni vəhşiliyindən bəhs edən kitab təqdim olundu  

İyulun 8-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan tarixinin Stalin dövrünün tədqiqatçısı, mərhum polkovnik Sadiq Zeynaloğlunun “Tarixin qan yaddaşı” və “Onları Vətəndən məhrum ediblər” kitablarının təqdimatı keçirilib.

Modern.azxəbər verir ki, “Kaspi” qəzetinin təşkil etdiyi tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək kitabların əhəmiyyətindən danışıb.

Bildirib ki, arxiv sənədləri əsasında yazılan “Tarixin qan yaddaşı” sənədli-publisistik povestində 1930-1942-ci illərdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Milax, Ərəfsə, Şahbuz rayonunun Keçili kəndlərində, habelə Xızı rayonunun Ağdərə kəndində baş verən hadisələr əks olunub. Müəllif Xalq Daxili İşlər Komissarlığının (XDİK) Orbelyan soyadlı əməkdaşının xalqımıza qarşı uydurma ittihamlar, dəhşətli işgəncələrlə müşayiət olunan əməllərini, onun heç kəsə - nə uşaqlara, nə qocalara, nə də qadınlara aman vermədən güllələnmə, sürgün hökmləri çıxarmasını ürəkağrısı ilə təsvir edir. Kitabda Naxçıvanda və ölkəmizin digər bölgələrində repressiya olunanların və Qazaxıstana sürgün edilənlərin siyahısı verilib.

Mətbuat Şurasının sədri vurğulayıb ki, “Onları Vətəndən məhrum ediblər” kitabı “Tarixin qan yaddaşı” silsiləsindən sonuncu kitabdır. Burada Azərbaycan tarixində parlaq iz qoymuş ailələrin - Bədəlbəylilərin, Şıxlinskilərin, Usubbəyovların, Qaşqayevlərin və bir göz qırpımında doğma yurdunda “vətən düşməninə” çevrilmiş bir çox digər günahsız ailələrin faciəli taleyindən danışılır. Müəllif vurğulayır ki, köçürülmə barədə qərarları çox vaxt erməni millətindən olan XDİK əməkdaşları imzalayıblar.

Filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyeva bildirib ki, bu kitablarda bəhs edilənlər Azərbaycan xalqının başına gətirilən faciələrin, xalqımıza qarşı aparılan təcavüzlərin bir hissəsidir.
Bu, unudulmaz tarixdir, bu tarixə laqeyd yanaşmaq olmaz. İyulun 4-də dinc sakinlərimizin vəhşicəsinə öldürülməsi bir daha göstərdi ki, ermənilər öz mənfur siyasətlərini hər zamankı kimi yenə də davam etdirməkdə israrlıdırlar. Zaman-zaman xalqımızın başına gətirilən müsibətləri, qırğınları, sürgünləri tarixi faktların dili ilə oxucuya çatdıran Sadiq Zeynaloğlu haqlı olaraq yazır ki, bu hadisələrin birbaşa təşkilatçıları ermənilər olub.

Hər iki kitabın tariximizin öyrənilməsinə, faciələrimizin unudulmamasına xidmət etdiyini söyləyən Sona Vəliyeva deyib ki, belə nəşrlərin işıq üzü görməsi milli yaddaşımızın itməməsi baxımından olduqca vacibdir.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Xalq Şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatları, yazıçı-publisist Elmira Axundova, tarixçi-alim Musa Qasımlı və başqaları hər iki kitabın tariximizin öyrənilməsi, müstəqilliyə gedən yolda qarşılaşdığımız çətinliklər və onları təhlil etmək baxımından əhəmiyyətli mənbə kimi dəyərləndiriblər.

Tədbirdə nəşrlərin ideya rəhbəri və sifarişçisi Mehdi Məmmədova “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin diplomu təqdim olunub.

“Zərdabi LTD” MMC tərəfindən nəşr olunan hər iki kitabın rus dilindən Azərbaycan dilinə tərcüməçisi Elxan Zal Qaraxanlı, redaktoru Fərid Hüseyn və buraxılışına məsul Əfqan Nəsirlidir. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Moskvadan dəhliz açıqlaması: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizinin açılması ilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona" müvəqqəti məşqçi təyin etdi 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında söz savaşı YAŞANDI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Bu lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41 Bu tarix birlikdə yazılır! 28 Oktyabr 2021, 15:35 “Nar”dan qazi müəllimlərlə bağlı KİTAB 28 Oktyabr 2021, 15:30 AccessBank-dan qadın sahibkarlara dəstək 28 Oktyabr 2021, 15:26