Modern.az

İsmayıllıda xəstəxanaya düşənlər tok vuran turistləri xilas etmək istəyirmişlər - TƏFƏRRÜAT  

İsmayıllıda xəstəxanaya düşənlər tok vuran turistləri xilas etmək istəyirmişlər - TƏFƏRRÜAT   

Aktual

8 İyul 2017, 17:53

İyulun 7-də İsmayıllı rayonunun İstisu kəndi ərazisində yerləşən “Green House” istirahət mərkəzində dincələn Bakı və Zaqataladan gələn 4 nəfər turisti elektrik cərəyanı vurub.

Hadisə nəticəsində Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Adıgözəlov Emin Zakir oğlu, Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Quliyev Gülhüseyn Xaliqverdi oğlu dünyasını dəyişib. Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Ömərov Eltəkin Məhəddin oğlu və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Əliyev Zakir Mahir oğlu təcili yardım avtomobili ilə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

İsmayıllı rayon Mərkəzi Xəstəxanasından Modern.az-a verilən məlumata görə, müalicə olunan xəstələrin vəziyyəti yaxşıdır.

“Xəstələr 1-2 günə evlərinə buraxılacaq. Xəstəxananın həkimlərinin peşəkarlığı nəticəsində xəstələrin sağlamlıqları ilə bağlı heç bir təhlükə yoxdur”.


Xəstəxanadan həmçinin bildirilib ki, xəsarət alan şəxslər hovuzda çimən iki nəfəri xilas etmək üçün hovuza tullanıb.

“Nəticədə isə  həmin şəxslər təcili tibbi yardım vasitəsilə xastəxanamıza yerləşdirilib”.


Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 7-də İsmayıllı rayonunun İstisu kəndinin ərazisində yerləşən istirahət mərkəzlərindən birində Bakı şəhər sakinləri Emil Adıgözəlov və Gülhüseyn Quliyev hovuzda çimərkən elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Həmin vaxt onlara kömək məqsədilə hovuza düşən paytaxt sakinləri Zaur Əliyevi və Eltəkin Umarovu da elektrik cərəyanı vurduğundan xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır. 


Mirmahmud KAZIMOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür