Modern.az

Araz çayında boğulan gəncin cəsədi sudan çıxarıldı - Yenilənib

Araz çayında boğulan gəncin cəsədi sudan çıxarıldı - Yenilənib

8 İyul 2017, 20:17

Bu gün günorta saatlarında Araz çayının Saatlı rayonundan keçən hissəində suda boğulmuş 18 yaşlı gəncin cəsədi tapılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Araz çayının Saatlı rayonunun, Nərimankənd kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 130 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1997-ci il təvəllüdlü, Allahyarov Gülmusa Şahin oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

 

 

18:12

 

 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Araz çayının Saatlı rayonu, Nərimankənd kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Modern.az xəbər verir ki, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb. Əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub