Modern.az

BDU-nun fəxri professoru vəfat edib

BDU-nun fəxri professoru vəfat edib

8 İyul 2017, 21:15

Azərbaycan alimi, psixologiya elmləri doktoru, əməkdar elm xadimi, BDU-nun fəxri professoru Bayramov Əkbər Salman oğlu bu gün vəfat edib. Bu barədə Modern.az-a professorun nəvəsi, BDU-nun psixologiya elmləri üzrə doktoru Nigar Bayramova məlumat verib.

Onun sözlərinə görə, Əkbər Bayramov  təqribən bir saat bundan öncə dünyasını dəyişib. Səbəb isə yaş amili və son altı ayda professorun xəstəlikndən əziyyət çəkməsidir.

Qeyd edək ki, Əkbər Bayramov 30 dekabr 1930-cu ildə Ağdam rayonunda anadan olub. Əkbər Bayramov 1970-1971-ci illərdə APİ-də psixologiya kafedrasında professor, 1971-1992-ci illərdə Azərbaycan Dövlət Universitetinində pedaqogika və psixologiya kafedrasının müdiri, 1992-ci ildə kafedralar ayrıldıqdan sonra Bakı Dövlət Universitetində psixologiya kafedrasının müdiri, 1999-cu ildən həmin kafedrada professor vəzifəsində işləyib. Eyni zamanda o, psixologiya elminin, təlim-tərbiyənin aktual məsələlərinə dair 270-dən artıq qəzet məqaləsinin müəllifidir. Psixologiya, pedaqogika, məntiq və s. elmlər üzrə o, 35-dən artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın elmi redaktoru olub. Respublikada psixologiya elminin inkişafında, yeni psixoloqlar nəslinin yetişməsində Əkbər Bayramovun xidməti əvəzsizdir.

Allah rəhmət eləsin.      

 

Günay RƏSULQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir