Modern.az

\"Zəhranın qətlinə görə cinayətkar Ermənistan rəhbərliyi hesab verməlidir\" - Qənirə Paşayeva

\

8 İyul 2017, 22:00

Millət vəkili Qənirə Paşayeva İstanbulda türk dünyasının hər tərəfindən gəlmiş ziyalıların, millət vəkillərinin, QHT və KİV rəhbərlərinin iştirakı ilə keçirilən TürkBirDev qurultayında çıxış edib. Modern.az xəbər verir ki, qurultayda çıxış edən millət vəkili işğalçı Ermənistan silahlı qüvvələrinin vəhşicəsinə qətlə yetirdiyi balaca Zəhra və Ermənistan rəhbərliyinin törətdiyi cinayətlərdən danışıb.

Əlində balaca Zəhranın fotosu ilə səhnəyə çıxan Q.Paşayeva bildirib ki, öz kəndində qətlə yetirilən bu qızcığaza görə cinayətkar Ermənistan rəhbərliyi hesab verməlidir. Millət vəkili bütün türk dünyasının bu qətliama etiraz səsini yüksəltməsini və işğalçı Ermənistanın törətdiyi cinayətlərin dünyaya daha geniş çatdırılmasında fəal olmasını gözlədiyini bildirib.

Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin, digər Türk dövlət və toplumlarının yanında olduğunu xüsusi vurğulayıb: "Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də buradakı insanımız qədər bizim, sizin yaşadığınız o gözəl yurdlarımız da sizin olduğu qədər də bizimdir, bizim də Vətənizmidir. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar".

Qurultayın keçirildiyi salonda Türkiyədə yaşayan azərbaycanlılar və burada fəaliyyət göstərən təşkilatlar tərəfindən Zəhranın rəsmlərinin qaldırıldığını xüsusi vurğulayan Qənirə Paşayeva burğulayıb ki, bu gün “Hamımız Zəhrayıq” deməliyik: ”Balaca Zəhranın qətlinə dünya yetərli qədər cavab verməyib. Biz bütün dünyaya səslənərək deməliyik ki, fərqi yoxdur biz harada doğulmuşuq, harada yaşayırıq, Azərbaycan, Türkmənistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan türkü olmamızdan asılı olmayaraq, biz hamımız bu gün Zəhranın ailəsinin yanındayıq. Çünki o, hamımızın balasıdır. Biz bütün türk milləti olaraq birlikdə o işğalçı zehniyyətə buradan səslənərək bunun hesabını verməsini tələb etməliyik. Zəhranın acımasızca qətlə yetirilməsinin fotolarıdır bunlar. Buradan o işğalçı zehniyyətə səslənirik: İşğal etdiyiniz torpaqlarımızı, türk yurdlarını geri alacağıq və Zəhraların günahsız axan qanlarının hesabını verəcəksiniz”. Tədbir çərçivəsində TürkBirDev rəhbəri tərəfindən millət vəkili Q.Paşayevaya qurultayda iştirakına və türk dünyasına xidmətlərinə görə təşəkkür plaketi təqdim olunub.        

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir