Modern.az

Ermənilər Ağdamın  işğaldakı kəndlərini yandırdı

Ermənilər Ağdamın  işğaldakı kəndlərini yandırdı

Aktual

9 İyul 2017, 00:22

Ermənilər Ağdam rayonunun işğal etdikləri bir neçə yaşayış məntəqələrinə od vurub.  Modern.az APA-ya istinadən xəbər verir ki, alov Ağdamın işğal altında olan 3 kəndinin ərazisində - Göytəpə ərazi nümayəndəliyinin Abdınlı, Qarağacı və Sarcalı kəndlərində müşahidə olunur.

Cəbhəyanı kənd sakinlərinin verdiyi məlumata görə, iki saat əvvəl başlayan yanğın artıq 300 hektaradək əraziyə yayılıb.

Məlumata görə, alov qoşunların təmas xəttinə yaxınlaşıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!