Modern.az

Ağdaşda 9 yaşlı uşağın ölümünə görə cinayət işi açıldı

Ağdaşda 9 yaşlı uşağın ölümünə görə cinayət işi açıldı

11 İyul 2017, 12:47

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında azyaşlının ölümü ilə əlaqədar cinayət işi açılıb.

 

Ağdaş rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, qeyd edilən faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Ölümün baş vermə səbəblərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Azyaşlı əməliyyata girərkən dünyasını dəyişib.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir