Modern.az

XİN-dən nazirlərin görüşü haqda rəsmi AÇIQLAMA  

XİN-dən nazirlərin görüşü haqda rəsmi AÇIQLAMA   

11 İyul 2017, 13:15

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə açıqlama verib.

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu haqda Modern.az-a bildirib:


"ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifi əsasında 11 iyul tarixində Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Görüş yerli vaxtla 19.00-da baş tutacaq.

Görüşdə danışıqlar prosesinin indiki vəziyyəti və danışıqların ciddi və nəticə yönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq”.



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı