Modern.az

Alim Qasımov: \"Oğlumun gözü bu səbəbdən zədələnib\"

Alim Qasımov: \

11 İyul 2017, 13:39

Xalq artisti Alim Qasımov oğlu Qadir Qasımovun gözünün çıxarılmasıyla bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

 

Modern.az xəbər verir ki, sənətkar "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində oğlunun xəsarət aldığını təsdiqləsə də, bunun başqa səbəbdən baş verdiyini söyləyib:

"Kim nə gəldi yazır. Orada nə dava olub, nə də oğlumu vurublar. Güzdəkdə evimiz var. Pilləkəndən düşəndə ayağı çay daşına ilişib, yıxılıb, dişi sınıb, gözü də zədələnib. Amma heç bir davadan söhbət gedə bilməz. Sadəcə, kimsə çağırıb, Qadir də yuxulu olub. Ayağı ilişib yıxılıb".

 

Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə bu barədə xəbər yayılmışdı. Bildirilirdi ki, A.Qasımovun qohumlarının iştirak etdiyi məclisdə dava düşüb. Qadir Qasımov qohumları sakitləşdirməyə çalışarkən özü də xəsarət alıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir