Modern.az

Bakıda bu avtobus marşrutunun hərəkət yolu dəyişdi

Bakıda bu avtobus marşrutunun hərəkət yolu dəyişdi

Aktual

11 İyul 2017, 14:23

Bakı Nəqliyyat Agentliyi paytaxtda 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemini dəyişdirib.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, iyulun 11-dən etibarən hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir-tikinti işləri ilə əlaqədar sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.

 

Təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat