Modern.az

FHN çimərliklərdə qanunsuz nəqliyyat növləri aşkarladı

FHN çimərliklərdə qanunsuz nəqliyyat növləri aşkarladı

11 İyul 2017, 15:22

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Xəzər dənizinin sahilboyu ərazilərində su nəqliyyat vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl olunmasını təmin etmək məqsədilə mütəmadi əməliyyat tədbirləri həyata keçirir.

FHN-dən Modern.az-a verilən məlumata görə, iyulun 8-9-da keçirilən əməliyyat tədbirləri nəticəsində ümumilikdə yeddi ədəd su nəqliyyatı vasitəsinin müvafiq nəzarət qaydalarına əməl olunmadan istifadə edildiyi müəyyən edilib.

 

Belə ki, Bakı şəhəri, Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən Novxanı çimərliyində iki ədəd hidrosikl və bir ədəd mühərrikli taxta qayıq, Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən Zuğulba çimərliyində bir ədəd dövlət qeydiyyatından keçməmiş hidrosikl, Türkan qəsəbəsindəki Türkan çimərliyində bir ədəd katamaran, Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən Bilgəh çimərliyində bir ədəd hidrosikl və Bakı şəhəri, Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən Hövsan çimərliyində bir ədəd mühərrikli taxta qayığın müvafiq nəzarət qaydalarına əməl olunmadan istifadə edildiyi aşkarlanıb.

Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir