Modern.az

Qızılağac Qoruğunda yanğın söndürülüb

Qızılağac Qoruğunda yanğın söndürülüb

Aktual

12 İyul 2017, 00:36

Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində baş verən yanğın söndürülüb. Modern.az APA-ya istinadən xəbər verir ki, qoruqda günorta saatlarında başlayan yanğın Masallı və Lənkəran rayonlarının qoruğa aid ərazisində 50 hektardan artıq ərazini əhatə edib.

Ərazidə Fövqəladə Hallar Nazirliyinin Masallı, Cəlilabad və Lənkəran yanğından mühafizə hissələrinin avtomaşınları və xeyli sayda canlı qüvvəsinin köməkliyi ilə yanğın lokallaşdırılıb.

Hadisə zamanı qoruq ərazisində əsasən quru ot, kol-kos və yabanı bitkilər yanıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat