Arxiv
12 İyul 2017, 15:33 | TƏHSİL
İqtisad Universiteti digər ali məktəbləri geridə qoyur  

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)  son illər təhsil sahəsində etdiyi yeniliklərə görə digər ali məktəbləri geridə qoymağa başlayıb. UNEC təhsil keyfiyyətinin artırılması, tədrisin düzgün idarə olunması istiqamətində ciddi addımlar atır, dünyanın bir çox ölkələrində Azərbaycanı layiqincə təmsil edir. Bu ali təhsil ocağının son vaxtlar önəmli tədbirlərə ev sahibliyi etməsi də xüsusi vurğulanmalıdır.


Milli Məclisin deputatları da UNEC-in son illərdəki fəaliyyətini yüksək qiymətləndirilər.


Deputat Tahir Mirkişili Modern.az-a son illər təhsil sahəsində xeyli islahatların aparıldığını deyib.

“Təbii ki, bu islahatlar ali təhsildən də yan keçmir. Çünki ali təhsildə olan islahat təhsilin keyfiyyəti, bütövlükdə ölkənin iqtisadiyyatı üçün çox vacib bir elementdir. Ali təhsil ocaqlarından məzun olan tələbələr bizim istehsalatda, iqtisadiyyatımızın bir çox sahələrində çalışır. Ona görə təhsilin, tədrisin düzgün idarə olunması, onun keyfiyyətinin yüksəldilməsi və bununla bağlı innovativ metodların tətbiq olunması çox vacibdir. Sevindirici haldır ki, bu dediyim məsələlərin bariz nümunəsini Azərbaycan Dövlət İqtisad Universitetində görmək mümkündür. Universitet son illərdə həm təhsilin idarə olunmasında, həm təhsilin keyfiyyətinin yüksəldilməsində müstəsna rol oynayır. Universitet yalnız ölkə daxilində deyil, ölkə xaricində də əlaqələrini inkişaf etdirir.

Burada iqtisadiyyatın digər strukturları ilə əlaqələrin qurulması istiqamətində xeyli işlər görülüb. Təbii ki, İqtisad Universitetində inkişafa doğru atılacaq addımlar hələ olacaq. Əminəm ki, görülən işlər həm tələbələrin bu cür maraqla islahatları qəbul etməsi, həm müəllim heyətinin yeni tədris metodlarının tətbiqi ilə bağlı innovativ metodlardan istifadəsi İqtisad Universitetinin yaxın illərdə Azərbaycanın qarşısına qoyduğu məqsədə çatmasında əvəzsiz rol oynayacaq”.

 

Millət vəkili Vahid Əhmədov Ədalət Muradovun UNEC-ə rektor təyin olunmasının universitetin inkişafına səbəb olduğunu deyib.


“İqtisad Universitetinin rektoru Ədalət Muradov çox qabaqcıl ziyalılardan biridir, alimdir. Bu ali təhsil ocağı Ədalət Muradovun təyinindən sonra sürətli inkişaf yolunda addımlayır. Universitet yalnız yerli deyil, xarici təşkilatlarla da əlaqələrini genişləndirir. Bu yaxınlarda türkiyəli Nobel laureatı Aziz Sancarın gətirilməsi mühüm hadisələrdən biri idi. İqtisad Universiteti ölkədə savadlı kadrların yetişməsində müstəsna rol oynayır. Onun məzunları yalnız Azərbaycanda deyil, eyni zamanda ölkə xaricində nailiyyətlərə imza atır, Azərbaycanın adını yüksəldir. Bu universitet Azərbaycanın dünyaya tanıdılması istiqamətində xeyli fəallaşıb. Tələbələrin təhsilə yüksək səviyyədə sahiblənməsi üçün yeni vasitələrdən istifadə edilir, dünyanın tanınmış universitetləri ilə tələbə mübadiləsi edilir. Bütün bunlar ölkənin daim inkişafına səbəb olan addımlardır. Universitetin məzunu olan tələbələr Azərbaycan iqtisadiyyatının inkişaf etməsində öz töhfələrini verir”.  

Qafar Ağayev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Kürdəmirdə avtomobil aşıb 20 Oktyabr 2019, 14:42 Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək 20 Oktyabr 2019, 14:24 Bakıda “Çörək Müsabiqəsi” keçirilib 20 Oktyabr 2019, 14:12 YAP-dan icazəsiz mitinqlə bağlı BƏYANAT 20 Oktyabr 2019, 14:04 Bakının qəribə KÜÇƏ adları - Onlar nə zaman dəyişdiriləcək? 20 Oktyabr 2019, 13:35 Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb 20 Oktyabr 2019, 13:08 Əli Kərimilinin xərəklə təmin edilməməsinə hospitaldan AYDINLIQ GƏTİRİLDİ - FOTOLAR 20 Oktyabr 2019, 13:00 Sabah 28 dərəcə isti olacaq - HAVA PROQNOZU 20 Oktyabr 2019, 12:38 Siyavuş Novruzov: “Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” 20 Oktyabr 2019, 12:27 Siyəzən rayon Təhsil Şöbəsinin müdiri işdən çıxıb 20 Oktyabr 2019, 12:21 “Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF   20 Oktyabr 2019, 12:03 Ağstafada kişi ağacdan yıxıldı 20 Oktyabr 2019, 11:30 Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar 20 Oktyabr 2019, 11:08 Terrorçular Suriyada qaydaları pozdu - Türkiyəli hərbçi şəhid oldu 20 Oktyabr 2019, 10:41 Ermənilər iriçaplı pulemyotlar və snayperlərlə atəşkəsi pozdu 20 Oktyabr 2019, 09:50 Conson Avropa İttifaqından xahiş etdi 20 Oktyabr 2019, 09:27 Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib 20 Oktyabr 2019, 09:14 Qara dəniz sahillərində V əsrə aid xəzinə tapıldı 20 Oktyabr 2019, 00:17 Əli Kərimli sərbəst buraxılıb 19 Oktyabr 2019, 23:58 Kuba prezidenti Bakıya səfər edir 19 Oktyabr 2019, 23:32 NASA-dan xəbərdarlıq: Yerə iri asteroid  yaxınlaşır 19 Oktyabr 2019, 23:15 Braziliya sularına 100 tondan çox neft sızıb 19 Oktyabr 2019, 22:54 Bəndin uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:14 Mətbuat Şurası mitinqdə jurnalistlərin işinin monitorinqini aparıb 19 Oktyabr 2019, 21:47 “Barış çeşməsi”  kimləri susuz qoyacaq? - TƏHLİL 19 Oktyabr 2019, 21:26 Sumqayıt sakini avtomobilində ölü tapıldı 19 Oktyabr 2019, 20:58 Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq 19 Oktyabr 2019, 20:37 Qurbanov yüksək sürətlə maşın sürdüyünə görə cəzanlandırdığı oyunçusundan danışdı 19 Oktyabr 2019, 20:22 “Xəbərdarlıqdan sonra qeyri-qanuni əməllərin törədilməsi cinayət məsuliyyəti doğuran haldır” - Əli Həsənov 19 Oktyabr 2019, 20:03 Ərdoğan: “Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək” 19 Oktyabr 2019, 18:02 14 marşrut xəttinin hərəkət sxemi bərpa edildi 19 Oktyabr 2019, 17:59 Böyük Britaniya parlamenti Brexit müqaviləsini səsverməyə çıxarır 19 Oktyabr 2019, 17:49 Milli Şuranın mitinqində 60 nəfər saxlanılıb - RƏSMİ 19 Oktyabr 2019, 17:36 Rəsmi Bakı Fransa məhkəməsinin qərarını alqışladı 19 Oktyabr 2019, 17:30 Əli Əhmədov: “Sanki onlar insanların rahatlığını pozmaqdan həzz alırlar” 19 Oktyabr 2019, 17:18