Modern.az

Dövlət İmtahan Mərkəzi 38 şagirdin qiymətini dəyişdirdi  

Dövlət İmtahan Mərkəzi 38 şagirdin qiymətini dəyişdirdi   

Aktual

13 İyul 2017, 12:12

Ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının I mərhələsində yazılmış inşaların (esselərin) nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına 111 şagird (bütün inşa yazanların 0,41%-i) inşa üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, müraciət edənlərdən 38 şagirdin (bütün inşa yazanların 0,14%-i) inşasının qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə inşanın yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir