Modern.az

Abituriyentlərin öldüyü qəzanın götüntüləri yayıldı - VİDEO

Abituriyentlərin öldüyü qəzanın götüntüləri yayıldı - VİDEO

Aktual

14 İyul 2017, 00:16

Cəlilabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Modern.az ARB TV-yə istinadən xəbər verir ki, Mercedes" markalı avtomobil idarəetmənin itməsi səbəbindən yol kənarında olan su çəninə çırpılıb. Nəticədə avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Şəmsi İlqar oğlu Rzayev və avtomobildə olan sərnişin, 1999-cu il təvəllüdlü Ələmdar Qoşqar oğlu Qarayev ölüb.

Hadisəyə səbəbin yüksək sürət olması bildirilir. Qəzaya düşən şəxslərin abituriyentlər olduğu və hazırlıq kursundan qayıtdıqları qeyd olunur.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə