İyulun 17-də səhər saat 08:30 radələrində Heydər Əliyev prospekti-Hava Limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.
O bildirib ki, hava limanı istiqamətində hərkət edən Dewoo və Volkswagen Passat markalı iki minik avtomobili toqquşub. Zərbənin təsirində avtomobillər vaz 2107 markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də sərnişinlərdən heç biri xəsarət almayıb.
M.Ağayevin sözlərinə görə, dewoo markalı avtomobildə olan sürücü və sərnişin ölüb:
“Hadisənin hansı səbəbdən baş verməsi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq”.
Gülşən RAUFQIZI