Modern.az

Bakıda içərisində xəstə olan təcili tibbi yardım maşını yandı

Bakıda içərisində xəstə olan təcili tibbi yardım maşını yandı

Aktual

17 İyul 2017, 11:20

Bakıda təcili tibbi yardım maşını yanıb.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda Səhiyyə Nazirliyinin balansında olan "Mercedes" markalı təcili tibbi yardım avtomobilinin yanar hissələri yanıb.


Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 23:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

12 saylı yarımstansiyaya məxsus təcili tibbi yardım maşınında yanğın başlayan zaman maşının içərisində xəstə və həkimlər olublar.

 

"Report"un xəbərinə görə, onlar vaxtında maşını tərk edə biliblər və heç bir xəsarət almayıblar.

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın avtomobildə baş vermiş qısaqapanmadan yaranıb. Sürücü və ətrafdakılar avtomobili təmir etmək istərkən qəfil alışma baş verib, tez bir zamanda yanğın maşını bürüyüb

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə