Modern.az

Jurnalistlər üçün pulsuz müayinə olacaq

Jurnalistlər üçün pulsuz müayinə olacaq

Aktual

17 İyul 2017, 11:40

Bakıda media nümayəndələrin üçün 22 iyul-Milli Mətbuat Gününə həsr olunan “Gələcəyə sağlam baxış ” adlı aksiya keçiriləcək.

 

Modern.az xəbər verir ki, aksiya iyulun 21-də keçiriləcək. Həmin gün media təmsilçiləri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xidmətlərindən yararlana, gözlərini müayinə etdirə biləcəklər.

 

Gözlərini müayinə etdirmək istəyən media nümayəndələri iyulun 21-də səhər saat 9.00-dan 16.00-dək mərkəzə müraciət edə bilərlər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə