Modern.az

Bakı-Tiflis-Qars dəmir yolu xəttində ilk səfər sentyabrda olacaq - FOTOLAR

Bakı-Tiflis-Qars dəmir yolu xəttində ilk səfər sentyabrda olacaq - FOTOLAR

Aktual

20 İyul 2017, 12:48

Türkiyənin əsrlik proyektlərindən biri olaraq görülən böyük proyekt Bakı-Tiflis-Qars dəmiryolu xəttində işlər sürətlə davam edir.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, proyektin Türkiyə hissəsinin tamamlanmaq üzrədir. Relslərin də döşənməsinin ardından dəmiryolu xəttinə endirilən lokomotiv və vaqonlarla ilk sınaq həyata keçirilib.

 

Sınaq sürüşünə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Azərbaycan Dəmir Yolları İdarəsinin rəhbəri Cavid Qurbanov, Gürcüstan Dəmir Yolları sədri Mamuka Bakhtadze, Qazaxıstan Dəmir Yolları rəhbəri Kanat Alpispayev birlikdə qatılıblar.

 

Əhməd Arslan, ilk səfərin sentyabr ayında həyata keçiriləcəyini bildirib:

“Bu yoldan Çinə qədər gedilə bilinəcək. Türkiyə üzərindən keçən hər qatar pul ödəyəcək. Bu yol ilə ildə 34-35 milyon ton yük daşıya biləcəyik.  Bu rəqəm hər il daha da artacaq. Çindən gedən hər bir yük Londona çata biləcək” deyib. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?