Modern.az

«Biz teatrı sevirik»

«Biz teatrı sevirik»

16 May 2011, 15:15

Azərbaycan Dövlət Gənc Tamaşaçı Teatrı «Biz teatrı sevirik» adlı yeni layihə üzərində çalışır. Teatrın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həmin layihə mayın 21-də saat 15.00-da teatrda gerçəkləşəcək.
Sözügedən tədbir ictimaiyyətin müxtəlif təbəqələrindən olan tamaşaçıların böyük marağına səbəb olub. Tədbirdə  Azərbaycan Siyasi- İctimai Universitetinin rektoru iqtisad elmləri doktoru, professor Rasim Nəbiyev başda olmaqla, təhsil ocağının professor, müəllim və tələbə heyəti, Azərbaycan Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Xədicə İskəndərli və tələbə heyəti, Slavyan Universitetinin dosenti Svetlana Teymurlu və həmin təhsil ocağının müəllimi filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli, Azərbaycan Dillər Universitetinin dosenti Məhəmməd Teymurlu, Şəhid anaları komitəsinin sədri, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası, professor Rəfiqə Əhmədova, Suraxanı rayonu 89 №-li otra məktəbin tərbiyə işləri üzrə direktor müavini Arzu Babayeva, Muzey əşyalarının bərpası üzrə Respublika Elmi Mərkəzinin direktoru Zərifə Məlikova, «Bura Vətəndir» məclisinin üzvləri və kütləvi informasiya vasitələri iştirak edəcəklər.

Tədbirdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru,  Əməkdar artist Mübariz Həmidov teatr  və onun ictimaiyyətlə əlaqələri, Azərbaycan Siyasi- İctimai Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Rasim Nəbiyev və Sabunçu rayonu,  Maştağa qəsəbəsinin 1№-li xüsusi məktəbinin şagirdi Səbinə Səmədova «Biz teatrı sevirik» mövzularında çıxış edəcəklər.
Qeyd edək ki, çıxışlardan sonra Xalq şairi Rəsul Rzanın xeyirxahlığı, mehribanlığı, qayğını təcəssüm etdirən «Ana qaz» tamaşası nümayiş etdiriləcək.

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir