Modern.az

\"Bir neçə hərbi əməliyyat barədə yaza bilmədim\" - kitabı çıxan Rey Kərimoğlu 

\

23 İyul 2017, 15:52

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun “kəşfiyyatçının xatirələri” adlı yazıları əsasında hazırlanan “Kod adı: “Rey” kitabı işıq üzü görüb.

 

R.Kərimoğlu Modern.az-a deyib ki, kitabdakılar onun müharibədə görüb, yaşadıqlarının bir hissəsidir:

"Hamısını yaza bilmədim. Əksəriyyətini yazdım, amma hamısını deyil. Lent.az-da gedən xatirələrimin, qeydlərimin bir hissəsidr. Gələcəkdə qismət olarsa, ardını da yazacam. Çünki bir neçə əməliyyat barədə yaza bilməmişəm. Əgər zaman yetsə, gələcəkdə müharibə ilə bağlı xatirələrimi yazandan sonra döyüşçülərə həsr olunmuş kitab çıxaracağam.

 

"Kitabda müəllifin 2012-2013-cü illərdə lent.az saytında qələmə aldığı xatirələri yer alıb. Xatirələr müəllifin 1991- 92-ci illərdi Qarabağ müharibəsində gördüyü hadisələrdən bəhs edir. Qanun nəşriyyatında hazırlanıb çap edilən kitabın redaktoru tanınmış şair-publisist Səhər Əhmədir.

 

250 səhifəlik kitabın illüstrasiyalarının müəllifi Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı, rəssam Tərlan Eyvazovdur.

 

Nəşr edilən kitab yaxın günlərdə satışda olacaq. Xatırladaq ki, R.Kərimoğlu 1991-93-cü illərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin əsgəri olub. İki dəfə yaralanan R.Kərimoğlunun kəşfiyyatçı kimi isə çağırış kodu elə öz adı - “REY” olub.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı