Modern.az

3 israillini qətlə yetirən fələstinlinin evi dağıdılacaq  

3 israillini qətlə yetirən fələstinlinin evi dağıdılacaq   

24 İyul 2017, 21:04

İsrail ordusu bu ölkənin 3 vətəndaşını qətlə yetirən fələstinlinin evini dağıtmağa hazırlaşır. Modern.az "RİA Novosti"yə istinadən  xəbər verir ki, İsrail ordusu fələstinlinin yaşadığı Xobar kəndini mühasirəyə alıb və evdə axtarış aparıb. Eyni zamanda, fələstinlinin qardaşı həbs olunub.

Qeyd edək ki, iyulun 21-də İordan çayının sağ sahilindən olan fələstinli israillilərin yaşadığı Neve-Tsuf qəsəbəsində üç nəfərə bıçaqla ölümcül yaralar yetirib. Daha bir nəfər ağır yaralanıb.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir