Modern.az

Makronla Merkel Ukraynanı dəstəklədi

Makronla Merkel Ukraynanı dəstəklədi

Dünya

25 İyul 2017, 00:12

"Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Ukrayna ərazisində Malorusiya adlı dövlət yaradılmasını yolverilməz hesab edir". Modern.az xarici mediaya istinadən xəbər verir ki, hər iki lider bunu Ukrayna Prezidenti Pyotr Poroşenko ilə telefon danışığı zamanı bildirib.

Prezidentlər Ukraynanın ərazi bütövlüyünə xələl gətirəcək Malorusiya ilə bağlı hər hansı bir bəyanatın qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, Donetsk separatçılarının lideri Aleksandr Zaxarçenko yeni dövlət yaratmaq barədə planlarını açıqlamışdı.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir