Türkiyə Rüsiyadan S-400 zenit-raket kompleksini almaq niyyətinin səbəbini izah etməlidir. Modern.az "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bəyan edib: "Türkiyə bizim NATO üzrə tərəfdaşımızdır. Bu səbəbdən silahların uyğunlaşdırılması məsələsi olduqca mühümdür. Türkiyə qərarını bizə izah etməlidir”.
Qeyd edək ki, S-400 "Triumf" zenit raket sistemi taktiki və strateji təyyarələrin, ballistik raketlərin, hiper səs hədəflərinin və digər hava hücumu vasitələrinin zərərsizləşdirilməsi üçündür. Hazırda Türkiyə S-400 raket kompleksi almaq ilə bağlı Rusiya ilə danışıqlar aparır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, öz növbəsində, ABŞ-ın bu məsələ ilə bağlı narahatlığını anlamadığını dilə gətirib: “Onlar nədən narahatdır? Hər bir ölkə öz təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlər görmək hüququna malikdir. Heç bir narahatlığa ehtiyac yoxdur. Zenit-raket kompleksləri ilə bağlı danışıqlar, demək olar ki, yekunlaşıb”.
Modern.az