Modern.az

Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib

Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib

25 İyul 2017, 21:13

Qüdsdə İsrail tərəfindən quraşdırılan metal detektorlar və video kameralar götürülüb.  Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu vasitələr “Əl-Aksa” məscidinin girişində aşkarlanıb.

Məlumata görə, müsəlmanların sərt etirazına səbəb olmuş elektron təhlükəsizlik sistemləri İsrailin hərbi-siyasi kabinetinin qərarı ilə ləğv edilib. 

Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha biri yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir