Modern.az

Jurnalist cibgirlərdən polisə şikayət etdi  

Jurnalist cibgirlərdən polisə şikayət etdi   

Aktual

27 İyul 2017, 14:29

Ötən gün “Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy cibgirlərin hədəfinə tuş gəlib. Onlar jurnalistin 200 manatını cibindən çıxarıblar.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Elşad Paşasoy bildirib ki, pulunun oğurlanması ilə bağlı polisə müraciət edib.

 

“Xətai RPİ-nin 35-ci Bölməsində ərizə və izahat aldılar. Araşdırma aparılacağını bildirdilər. Bu günsə Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) zəng etmişdilər, məsələnin nəzarət altında olduğu bildirildi. Ümid edirəm ki, müsbət nəticə olacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!