Modern.az

Prezidentlərin növbəti görüşü Qarbağa nə vəd edir...  

Prezidentlərin növbəti görüşü Qarbağa nə vəd edir...   

27 İyul 2017, 14:37

Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün olacağı gözlənilir. Prezidentlər arasındakı növbəti görüşün 2017-ci ilin sonlarına qədər baş tuta biləcəyi bildirilir. Danışıqların növbəti raundunun əsas təşkilatçısı qismində isə Rusiyanın olduğu barədə məlumatlar söylənilir.

Prezidentlər harada, nə zaman görüşəcəklər?

Məsələni şərh edən politoloq Elxan Şahinoğlu Modern.az-a bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı konkret mövzu yoxdur.


“Görüş imitasiya xarakteri daşıya bilər ki, bu Azərbaycan üçün əhəmiyyət daşımasın. Çünki böyük dövlətlər əvvəlki kimi Ermənistana təsir və təzyiq etmək istəmirlər ki, Dağlıq Qarabağ ətrafındakı torpaqlar boşaldılsın. Xarici işlər nazirlərinin görüşü də uğursuz nəticələndi. Buna baxmayaraq, həmsədrlər ilin sonuna qədər prezidentləri görüşdürmək istəyirlər. Görüş ya Moskvada, ya da Parisdə ola bilər. Moskvada keçiriləcək görüşün indidən nəticəsiz qalacağını demək olar. Bu məsələdə bir az Fransa da maraqlı ola bilər. Çünki, Fransanın yeni prezidenti Emanuel Makron da Qarabağ və Cənubi Qafqaza maraq göstərir. Bəlkə o, hansısa maraqlı təkliflərlə çıxış edə bilər. Amma yenə də təkrar edirəm, cəbhədə vəziyyət qarışıqdır, atəşkəs intensiv şəkildə pozulur, Ermənistan Azərbaycan sərhədi boyunca da vəziyyət gərgindir. Bundan çıxış edərək demək olar ki, heç bir dövlət Ermənistana təsir etmir. Ermənistan özünü işğalçı kimi rahat hiss edir. Rahat hiss edirsə, prezidentlərin görüşündən də hansısa nəticə gözləməyə dəyməz”. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı