Modern.az

Su quyusuna atılan 5 günlük körpə ailə münaqişəsinin qurbanı olub - RƏSMİ  

Su quyusuna atılan 5 günlük körpə ailə münaqişəsinin qurbanı olub - RƏSMİ   

31 İyul 2017, 12:31

Lənkəranda 5 günlük Mələk Nurullayevanın öldürülərək su quyusuna atılmasına görə cinayət işi açılıb.

 

Lənkəran rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zaur Muradov Modern.az-a deyib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır:

 

“Təfərrüat tam aydın olmasa da, körpənin ölümünün ailə münaqişəsi zəminində baş verdiyi müəyyənləşib”.

Z.Muradov uşağın yoxa çıxması ilə bağlı ata Şaiq Nurullayevin “102” xidmətinə məlumat verdiyini deyib:

 

“Amma uşağın Şaiq Nurullayev tərəfindən quyuya atılması hələ ki təsdiqlənməyib. Ola da bilər ki, onu atası yox, ailənin digər üzvü, yaxud üzvləri öldürüb quyuya atıb. Bu barədə fikir yürütmək çətindir. Çünki hadisə baş verən gecə evdə Mələyin atası Şaiq Nurullayev, anası Valiyə Nurullayeva, nənəsi Atifə Nurullayevadan başqa yaxın qohumları da olub. Ona görə də istintaqın gedişini gözləməliyik”.

 

Rayon rəsmisi körpənin ölümü ilə bağlı ailə üzvlərinin dindirildiyini qeyd edib:

 

“Görünən odur ki, ailədə nə isə baş verib. Amma geniş məlumat verilmədiyinə görə, biz də dəqiq bilmirik. İndiyə qədər o ailədən bizə o qədər də şikayət daxil olmayıb”.

 

Lənkəranda qız və oğlan uşaqları arasında fərq qoyulmasına gəlincə, Z.Muradov bu ittihamla qətiyyən razılaşmayıb:

 

“Bu həmin ailədə baş verən problemdir. Onu bütün rayona şamil etmək doğru deyil. Həm də hadisənin hansı səbəbdən baş verdiyini bilmirik”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir