Modern.az

ABŞ-ın vitse-prezidenti Gürcüstana gəldi

ABŞ-ın vitse-prezidenti Gürcüstana gəldi

Dünya

31 İyul 2017, 20:02

ABŞ-ın vitse-prezidenti Mayk Pens Gürcüstana rəsmi səfərdədir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Gürcüstanda keçiriləcək NATO-nun hərbi təlimlərini müşahidə edəcək.

M. Pens sabah Gürcüstan baş naziri Giorgi Kvirikaşvili və NATO-nun “Layiqli tərəfdaş 2017” təlimlərində iştirak edən hərbçilərlə görüşəcək.

ABŞ rəsmisi, həmçinin, Gürcüstanın müxalifət partiyalarının nümayəndələri ilə görüş keçirəcək.

Qeyd edək ki, Maykl Pens Avropa turnesi çərçivəsində Estoniyada da səfərdə olub. Vitse-prezident Estoniya baş naziri ilə görüşərək müzakirələr aparıb. Maykl Pensin səfəri NATO-ya yeni üzv olmuş Monteneqroya ziyarəti ilə başa çatacaq. O, Podqoritsada Adriatik xartiyasının sammitində iştirak edəcək.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə