Modern.az

“Qarabağ” pley-off mərhələsinə yüksəldi  - VİDEOYENİLƏNİB

“Qarabağ” pley-off mərhələsinə yüksəldi  - VİDEO - YENİLƏNİB

1 Avqust 2017, 22:55

Oyunun son saniyələrində "Şerif" hesab arasındakı fərqı azaldıb. Modern.az xəbər verir ki, "Şerif" qazandığı penaltini Badibanqa dəqiq yerinə yetirib. Bununla da“Qarabağ” səfərdə "Şerif"i 2:1 hesabı ilə məğlub edib. Səfərdə qazandığı bu qələbə ilə “Qarabağ” pley-off mərhələsinə yüksəlib.

Bu, “Qarabağ” üçün Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmaq üçün 4-cü şansdır.

Qeyd edək ki, bundan öncə 3 dəfə pley-off mərhələsində oynayan təmsilçimiz “Zalsburq”, “Seltik” və “Viktoriya” sədlərini keçə bilməyib mübarizəni Avropa Liqasında davam etdirmişdi.

 

22:48

 

"Qarabağ" ikinci hissənin son dəqiqələrində daha bir dəfə fərqlənib. Oyunun 86-cı dəqiqəsində Miçel "Qarabağ"ın ikinci qoluna imza atıb. Bununla da "Qarabağ" səfərdə “Şerif”i 0:2 hesabı ilə məğlub edir. 

 

21:48

 

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilir. Modern.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” bu mərhələdə cavab oyununu səfərdə Moldovanın “Şerif” komandasına qarşı keçirir. Oyunun ilk hissəsində “Qarabağ” Ndlovunun qolu ilə hesabı açıb. Oyunun ilk hissəsi “Qarabağın 0:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

Qurban Qurbanovun komandası buna qədər ÇL-də III təsnifat mərhələsini keçə bilməyib. Bu dəfə isə “Qarabağ”ın Azərbaycanda növbəti ilkə imza atmaq üçün yaxşı şansı var idi. Amma "Qarabağ" Bakıdakı oyunda bunu bacarmadı. Oyun təmamilə "Qabarağ"ın üstünlüyü ilə keçsə də, komandamız bu üstünlüyü qolla tamamlaya bilməyib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?