Modern.az

Təhsil Nazirliyi iddialara cavab verdi - VİDEO

Təhsil Nazirliyi iddialara cavab verdi - VİDEO

1 Avqust 2017, 23:49

Müəllimlərin işə qəbul imtahanlarının keçirildiyi ərəfədə iddialar ortaya atılıb. Belə ki, bir çox müəllimlər deyir ki, sualların qoyuluşunda səhvlər var. Digər iddiaya görə, mövcud yerlər vakant yer kimi göstərilib. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, imtahan ərəfəsində və ya imtahandan sonra müəllimlər hansı sualları səhv yazdıqlarından xəbərsiz olduqlarını deyirlər. Hətta bəzi sualların qoyuluşundan da narazılıqlar var.

 

Təhsil Nazirliyinin rəsmisi Eşqi Bağırov deyir ki, həmin suallarda səhvlik ola bilməz. Çünki suallar dəfələrlə ekspertizadan keçirilib.

 

Nazirlik rəsmisi mövcud yerlərin vakant yer kimi göstərilməsi iddasına da cavab verib.

 

Təhsil Nazirliyi keçid balından yuxarı nəticə toplayan müəllimlərə ayın 5-dən müəllimlərin işə qəbulu ilə bağlı yaradılmış saytdakı şəxsi səhifələrinə tez-tez daxil olmaları tövsiyyə edilir. Çünki 5 avqust tarixindən sonra vakansiya seçimi mərhələsinə start veriləcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir