Modern.az

Tovuzda ağır yol qəzası: 4 yaralı

Tovuzda ağır yol qəzası: 4 yaralı

2 Avqust 2017, 00:42

Tovuz rayonunda ağır yol qəzası olub. Modern.az "Report"a istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində iki avtomobil toqquşub. Belə ki, Tovuz rayon sakini, 1965-ci il təvəllüdlü Sarıyev Azər Mahmud oğlunun idarə etdiyi "VAZ-2106 " markalı avtomobil qarşı tərəfdən gələn Gədəbəy rayon sakini, 1956-cı il təvəllüdlü Abdullayev Vilayət Qəşəm oğlunun idarə etdiyi "BMW" markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və "VAZ"-da olan sürücünün həyat yoldaşı, 1970-ci il təvəllüdlü Sarıyeva Şəhla Dəmir qızı, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 1967-ci il təvəllüdlü Sarıyeva Mahirə Cahangir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. M.Sarıyevanın vəziyyətinin ağır olduğu bildirilir.

Yaralılara həkimlər tərəfindən tibbi yardım göstərilib və travmatologiya şöbəsində müalicəsi davam etdirilir.

Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Qeyd edək ki, qəza zamanı 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı