Modern.az

Qurbanov pley-off-da da  yaxşı oyun vəd etdi

Qurbanov pley-off-da da  yaxşı oyun vəd etdi

Aktual

2 Avqust 2017, 00:57

"Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı". Modern.az "Qarabağ" futbol klubunun saytına istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov səfərdə "Şerif"lə oyunsonrası mətbuat konfransında deyib.

"Komandamı qələbə və pley-off-a yüksəlmək münasibəti ilə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Pley-off-da da çalışacağıq ki, yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm” – deyə o əlavə edib.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında səfərdə “Şerif”i 2:1 hesabıyla məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!