Modern.az

Xırdalanda müğənni olmaq istəyən qadın ərini bıçaqlayıb

Xırdalanda müğənni olmaq istəyən qadın ərini bıçaqlayıb

2 Avqust 2017, 08:51

Xırdalanda bıçaqlanma hadisəsi baş verib.

Modern.az report.az-a istinadən bildirir ki, hadisə Quşçuluq massivi-2 ünvanında qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü İsmayılov Sadiq İsmayıl oğlu həyat yoldaşı tərəfindən iki bıçaq xəsarəti alıb. Buna səbəb S.İsmayılovla həyat yoldaşı arasında yaranmış mübahisə olub. Zərərçəkən polisə verdiyi ifadəsində bildirib ki, onunla həyat yoldaşı arasında mübahisəyə səbəb xanımının müğənni olmaq iddiası olub. S.İsmayılov buna etiraz edib. Nəticədə tərəflər arasında dava baş verib. O, dava zamanı bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı