Modern.az

Azərbaycan millisinin itkin düşmüş məşqçisi Kiyevdə həbs edildi - pedofiliyaya görə 

Azərbaycan millisinin itkin düşmüş məşqçisi Kiyevdə həbs edildi - pedofiliyaya görə 

2 Avqust 2017, 11:04

Cüdo üzrə ikiqat olimpiya çempionu, Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaxer həbs olunub. RİA “Novosti” xəbər verir ki, o, 2000-ci illərin əvvəllərində Vyanada məşqçilik etdiyi dövrdə iki azyaşlı qıza qarşı cinsi təcavüzdə ittiham olunur.

 

Azərbaycanda da iş təcrübəsinə malik olan avstriyalı mütəxəssisin rəhbərliyi altında cüdoçularımız 2016-cı ilin Olimpiadasında iki gümüş medal qazanmışdı.

 

2016-cı ilin dekabrında axtarışa verilən pedofil məşqçi iyulun 31-də günorta saatlarında Kiyevdəki evində həbs olunub.

 

Vyana Dövlət prokurorluğunun məlumatına görə, 1997-2004-cü illərdə Zayzenbaxer 14 yaşına çatmamış iki qız uşağına təcavüz edib. 56 yaşlı mütəxəssisin günahı sübuta yetirilərsə, onu 10 illik həbs cəzası gözləyir.

 

Yeri gəlmişkən, Zayzenbaxer ardıcıl iki olimpiadada (Los-Anceles – 1984, Seul - 1988) qızıl qazanan ilk cüdoçudur. (virtualaz.org)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?