Modern.az

Azərbaycanda 55 nəfəri ilan, 6 nəfəri əqrəb sancıb

Azərbaycanda 55 nəfəri ilan, 6 nəfəri əqrəb sancıb

Aktual

2 Avqust 2017, 12:12

Azərbaycanda bu il ərzində 55 nəfəri ilan, 6 nəfəri isə əqrəb sancıb.

Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, yalnız iyul ayında 14 nəfəri ilan sancıb ki, onların da 3-ü uşaq olub. İyulda 3 nəfəri əqrəb, 1 nəfəri qara qurd sancıb.

A.Maqsudov deyib ki, indiyədək 56 nəfər sirkə turşusundan zəhərlənmə ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Yalnız iyul ayında 4 nəfər sirkə turşusundan zəhərlənib. Onların vəziyyəti ağır olsa da, iyul ayında ölüm halı qeydə alınmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü