Modern.az

Dənizdə və çayda batan 3 nəfər xilas edilib

Dənizdə və çayda batan 3 nəfər xilas edilib

2 Avqust 2017, 12:23

Dənizdə və çayda batmaq təhlükəsilə üzləşən 3 nəfər xilas edilib.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

 

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

 

Həmçinin bildirilir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Şirvan şəhərində 2 nəfərin çayda çimərkən batmaq təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

 

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır