Modern.az

FHN çimərliyə gedənlərə müraciət etdi - VİDEO

FHN çimərliyə gedənlərə müraciət etdi - VİDEO

Aktual

2 Avqust 2017, 12:43

Fövqəladə Hallar Nazirliyi çimərlikdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

 

FHN-dən Modern.az-a verilən məlumatda bildirilib ki, yayda çimərlikdə xoş zaman keçirmək üçün hər birimiz təhlükəsizlik qaydalarını bilməliyik.

Qadağandır:

nəzərdə tutulmamış ərazilərdə çimmək;

çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

küləkli havada dənizə girmək;

çimərlikdə gecələmək,

sərxoş halda çimərlikdə olmaq;

suda kobud hərəkətlər etmək;

çimərlikdə balıq tutmaq;

xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir! 

Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Çimərliklərdə istirahət saat 9:00-dan 20:00-dək daha təhlükəsizdir!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! 

Təhlükə zamanı 112-yə zəng edin!

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?