Modern.az

Dövlət televiziyası ilk dəfə İslam Kərimovu tənqid etdi: “O, ölkəni qarşıdurmaya aparıb  

Dövlət televiziyası ilk dəfə İslam Kərimovu tənqid etdi: “O, ölkəni qarşıdurmaya aparıb”  

Aktual

2 Avqust 2017, 13:35

Özbəkistanın dövlət televiziyasında 1991-ci ildən bəri ilk dəfə olaraq 26 ildir ölkəni şəriksiz idarə etmiş mərhum prezident İslam Kərimov kəskin tənqid olunub.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, dövlət televiziyasındakı “Tahlilnoma” adlanan analitik-informasiya proqramında bildirilib ki, Kərimovun siyasəti Özbəkistanı qonşu ölkələrlə qarşıdurmaya gətirib. Bu onunla izah olunub ki, İslam Kərimov hər zaman qonşuları ilə yarışan lider statusu ilə öz üstünlüyünü sübut etməyə çalışıb.

 "Bu gün ölkə prezidenti Şavkat Mirziyayev həmin yanlış siyasə problemi həll etməyə çalışır", - deyə verilişdə bildirlib.

Televiziya verilişində İslam Kərimovun valyuta siyasəti sahəsindəki fəaliyyətini də kəskin tənqid edilib. Bildirilib ki, "belə fəaliyyətin nəticəsində ölkədə xarici valyutanın mübadiləsi üzrə dörd kurs fəaliyyət göstərir".

 “Aparıcı iqtisadi təşkilatlar bu yanlış siyasət üzündən Özbəkistan ünvanına ittihamlar səsləniriri. Bu gün biz bu barədə açıq və cəsarətləı danışmalıyıq...
Amma bütün bu problemlər hazırkı prezident Şavkat Mirziyayevin başlatmış olduğu islahatlar sayəsində yavaş-yavaş həll olunur",- proqramın aparıcısı vurğulayıb.


İslam Kərimov 2016-ci il sentyabrın 2-də ömrünün 79-ci ilində insultdan vəfat edib. 

Özbəkistanin birinci prezidentinin böyük qızı Gülnarə Kərimova bir neçə gün öncə korrupsiya və mənimsəmələrdə suşlanaraq, həbs olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar