Modern.az

ADU-nun əməkdaşları İtaliyada təcrübə keçib

ADU-nun əməkdaşları İtaliyada təcrübə keçib

2 Avqust 2017, 14:44

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin italyan dili üzrə baş müəllimləri Günel Bayramova, Aydan Əliyeva və Dilşad Pənahova müəllimləri təkmilləşdirmə kursunda iştirak etmək məqsədi ilə İtaliyanın Peruca şəhərinə  ezam ediliblər.

 

İtaliyanın ən qədim universitetlərindən olan Peruca Əcnəbilər Universitetinin ən son pedaqoji yenilikləri ilə tanış olan ADU müəllimləri kursu müvəffəqiyyətlə başa vuraraq, çoxsaylı təcrübələr keçib və bilik mübadiləsi aparıblar.

 

Onlar İtaliyanın məşhur tərcümə institutu olan “Civica Scuola İnterpreti e Traduttori Altiero Spinelli”nin professoru, Tərcümə  fakültəsinin koordinatoru, tərcüməşünas, yazıçı, professor Bruno Osimo və Beynəlxalq əlaqələr şöbəsinin və Magistr-tərcümə fakültəsinin koordinatoru Fabrizia Parini ilə görüşüblər. Qeyd edək ki, adıçəkilən təhsil müəssisəsi ilə elmi müstəvidə əməkdaşlıq cari ilin may ayında G.Bayramovanın təşəbbüsü ilə ilk video-konfrans təcrübəsi nəticəsində baş tutub.

 

Əməkdaşlıq çərçvəsində Milan Tərcümə İnstitutunda olan müəllimlərimiz İtaliya və Azərbaycan arasında müəllim-tələbə mübadiləsini artırmaq, universitetlərarası elmi əməkdaşlığı fəallaşdırmaq və müvafiq institutların təcrübələrindən qarşılıqlı şəkildə bəhrələnmək istiqamətində bir sıra səmərəli görüşlər keçiriblər.

 

Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Fabrizia Parini video-konfrans təcrübəsinin təqdirəlayiq hal olduğunu vurğulayıb, belə konfransların gələcəkdə müxtəlif proqramlar çərçivəsində istifadəsinin vacibliyi və müsbət nəticələrindən bəhs edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı