Modern.az

Ekspert Fikrət Cəfərov: “Bəziləri Hesablama Palatasının məlumatını öz məqsədləri üçün istifadə edir”

Ekspert Fikrət Cəfərov: “Bəziləri Hesablama Palatasının məlumatını öz məqsədləri üçün istifadə edir”

Aktual

2 Avqust 2017, 09:31

Məlum olduğu kimi, bu günlərdə Hesablama Palatası “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-də aparılan audit yoxlaması ilə bağlı hesabat xarakterli məlumat yayıb.


QHT nümayəndəsi Fikrət Cəfərov Modern.az saytına açıqlamasında bildirib ki, bəzi “moşenniklər” Hesablama Palatasının məlumatını özünə sərf edən kimi yozmağa çalışıb.

“Hüquqi dildə belələrini dələduz adlandırırlar. Bu qurumun praktik olaraq gördüyü işlər hamının gözü qarşısındadır, yol kənarlarındadır. Hacıqabul-Ələt, Quba yolunda salınan yaşıllıqları hər kəs görür. Adamın Allahı var, bunu görməmək mümkün deyil. Hər halda bu qurumun işi o qədər də pis deyil, ot bitməyən çöllər, düzlər, şoranlaşmış torpaqlar gözümüzün qabağında yaşıllaşdırılır”.
 

QHT nümayəndəsi onu da bildirib ki, “Bakının yaşıllaşdırılmasına birbaşa cavabdeh olan Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyidir. Bu qurumun büdcəsi “Azəryaşlandşaft” ASC-nin büdcəsindən iki dəfə artıqdı və işçilərin sayı da daha çoxdur.

“Amma onlar tabeliklərində olan yaşıllıqlara biganədirlər. Bakıdakı 5-6 min hektarlıq yaşıllığa qulluq edib, qoruyub saxlaya bilmirlər. Bu barədə isə heç danışılmır”.       

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?